Marsol partnyoru olan sahibkarların Özbəkistana işgüzar səfəri baş tutub.

Özbəkistan səfəri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin inkişafı Agentliyi və Marsol-un təşkilatçılığı, Globus Travel şirkətinin tərəfdaşlığı ilə 28 sentyabr tarixində start götürüb. Səfər çərçivəsində bir sıra dövlət qurumları və 100-dən çox özbək iş adamı ilə görüş baş tutub. Bununla yanaşı tur çərçivəsində Özbəkistanın Daşkənd, Buxara, Xivə, Səmərqənd şəhərlərinə gəzinti və işgüzar məqsədli səfərlər təşkil edilib.

Səfərin ilk günü sahibkarlar Daşkənddə baş tutan havalandırma, istilik, suvarma sistemleri, bərpaolunan enerji sahələri üzrə məhsulların sərgiləndiyi “Aquatherm Tashkent 2022” və çap, poliqrafiya, qablaşdırma avadanlıqlarının təqdim edildiyi “O’ZuPACK – O’ZBEKinPRINT 2022” sərgilərini ziyarət edib.

Turun ikinci günü Səmərqənd şəhərinə səfər baş tutub. Səmərqənddə fəaliyyət göstərən «Samarkand Euroasia Textile» şirkətinə istehsalat ekskursiyası təşkil olunub. Şirkətin nümayəndəsi Şöhrət Maksudov sahibkarlara şirkət haqqında məlumat verib. Ardınca istehsal sahəsindəki proseslərlə yaxından tanış olunub.

Daha sonra Səmərqənd şəhərinin tarixi məkanları, həmçinin tarix kitablarında tez-tez qarşımıza çıxan dahi şəxsiyyət – Əmir Teymurun dəfn edildiyi, Orta Asiyanın görkəmli abidələrindən biri olan Gur-Əmir Külliyəsi ziyarət edilib. Ardınca Səmərqəndin məşhur turistik məkanlarından olan “Registan” meydanı gəzilib.

Növbəti səfər Buxara şəhərinə təşkil olunub. 1 oktyabr tarixində Buxarada dövlət qurumları ilə birlikdə nahar edilib. Naharda Özbəkistan dövlət qurumlarından İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç, Buxara vilayəti Ticarət və Sənaye Palatasının şöbə müdiri Niyazov Qəni Əliyeviç, Buxara vilayəti üzrə Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Amonov Şöhruh Kurbanoviç, Buxara vilayətinin hakimliyində katibliyin müdiri Zoirov Şerzod Mullojonoviç, Məhəlləbəyi İş və Sahibkarlığın İnkişafı Agentliyi üzrə direktor müavini Xalpayev İlxom İslamoviç iştirak edib. Səmimi süfrə ətrafında Özbəkistan sahibkarlığı haqqında müzakirələr aparılıb.

Daha sonra hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib. Forumda İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç çıxış edərək Özbəkistan-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsini vurğulayıb, eyni zamanda Marsol şirkətinin rəhbəri Tural Mustafayev, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədovun da çıxışı baş tutub. Daha sonra Özbəkistan sahibkarlığı və bazarı haqqında video təqdimat izlənilib.

Ardınca 60-dan çox Özbəkistan iş adamları ilə Marsol partnyoru olan sahibkarlar arasında B2B görüş baş tutub.

Sonra isə sahibkarlarla birlikdə “Medium Inter Prof” şirkətinə istehsalat ziyarəti təşkil edilib, oradakı proseslərlə yaxından tanış olunub.

İstehsalat ziyarətindən sonra “Payil Kolon” meydanı gəzintisi olub. Sonra isə dövlət qurumlarının təşkil etdiyi axşam ziyafətində sahibkarlar qonaq edilib. Turda iştirak edən sahibkarlar ləziz özbək təamlarından dadaraq, dövlət qurumları və iş adamları ilə dostluq və biznes bağını daha da möhkəmləndirib.

Buxara şəhərindən sonra Özbəkistanın qədim şəhərlərindən biri olan Xivə şəhərinə səfər baş tutub. Xivədə 50 tarixi abidənin və 250 köhnə tikilinin yerləşdiyi “Ichan Kale” gəzintisi olub. Xivədən sonra yenidən Daşkənd şəhərinə yola düşülüb.

4 oktyabr tarixində Daşkənddə Ulu Öndərin xatirə büstü ziyarət edilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılaraq, büstü önünə əkli qoyulub.

Daha sonra Daşkənddəki bəzi tarixi abidələrə, məkanlara, muzeylərə ekskursiyalar təşkil olunub.

Axşam saatlarında Özbəkistan Respublikasının Məhəlləbəy ilə İş və Sahibkarlığın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin, Ticarət və Sənaye Palatasının əməkdaşlarının, Biznesin İnkişafı Agentliyi, Azərbaycanın Özbəkistan Səfirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndələrinin və Marsol Partnyorlarının iştirakı ilə gözəl bir axşam ziyafəti baş tutub. Özbəkistan iş adamlarının da qatıldığı bu görüşdə Azərbaycan və Özbəkistan biznes münasibətlərinin möhkəmləndirilməsi mövzusunda önəmli müzakirələr aparılıb.

5 oktyabr, səfərin sonuncu günü tur rəhbərilə birlikdə Daşkənd Müstəqillik Meydanı, Şəhidlər Xiyabanı və Şəhidlər parkı gəzintisi baş tutub.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndəsi Əli Elvin bəy tur iştirakçılarını nahar yeməyinə dəvət edib. Nahar yeməyindən sonra Daşkənd gəzintisi davam edib. Ən sonda isə Daşkənd Beynəlxalq Hava Limanından Bakıya doğru yola düşülüb.

Yerli mediadaki paylaşımlar:

https://banco.az/az/news/sahibkarlarimiz-ozbekistanda-isguzar-seferde-olub

https://azertag.az/xeber/Sahibkarlarimiz_Ozbekistanda_isguzar_seferde_olub_VIDEO-2324366

https://video.azertag.az/site/video/155624

https://news.day.az/azerinews/1501512.html

https://az.trend.az/business/3654215.html

https://report.az/biznes-xeberleri/azerbaycan-ve-ozbekistanin-turizm-sirketleri-emekdasliq-edecek/

https://oxu.az/economy/651142

https://sia.az/az/news/economy/989253.html

https://azerforum.com/az/azerbaycan-ve-zbekistanin-turizm-shirketleri-emekdashliq-edecek-

https://metbuat.az/news/1450116/azerbaycan-ve-ozbekistanin-turizm-sirketleri-emekdasliq-edec.html

https://salamnews.org/az/news/read/474985

https://ikisahil.az/post/352398-azerbaycan-ve-ozbekistanin-turizm-shirketleri-arasinda-anlashma-memorandumu-imzalanib