“MARSOL Business Club”da “Vergi yoxlamalarında 5 vacib məqam” mövzusunda təlim

“MARSOL Business Club”da “Vergi yoxlamalarında 5 vacib məqam” mövzusunda təlim

4 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da partnyorumuz “Good Finance”ın həmtəsisçisi Teymur İslamlının “Vergi yoxlamalarında 5 vacib məqam” mövzusunda təlimi baş tutub. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və Marsol şirkətinin Sahibkarlarla İş Departamentinin direktoru Bilal Qasımlının “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual oyunu haqqında təqdimatı edildi. Sonra təlim müddətində Teymur bəy partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Good Finance
Best Tech
Səhliyalı
Texno Gallery
Nazim 1001
Engitech
L-Sim
Naxçıvan Bank