Ofis Ziyarəti “A Trading Azərbaycan” – 11.10.2022

11 oktyabr tarixində növbəti “Ofis ziyarətimiz” partnyorlarımızdan olan “A Trading Azərbaycan” şirkətində baş tutdu. Bizi şirkətin direktoru Emin Nuriyev qarşıladı. Əvvəlcə iştirak edən sahibkarlar arasında tanışlıq oldu. Sonra Emin bəy şirkətin fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

“A Trading Azərbaycan” şirkəti respublikada quruculuq işlərində iştirak edən fiziki və hüquqi şəxslərə, kənd təsərrüfatı və tikinti sektorundakı şirkətlərə dünyaca məhşur brendlərin məhsullarını, ehtiyat hissələrini və servis xidmətini təklif edir. Səyyar texniki xidmət komandası ilə Azərbaycanın regionlarına da xidmətləri mövcuddur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu
ABV
BF Group
Modern Hospital
Hikmətoğlu