Ofis Ziyarəti & Axşam Ziyafəti – 29.03.2023

29 mart tarixində partnyorlarla birlikdə Muradoğlu şirkətinin şourumunda qonaq olduq. Şirkətin rəhbəri Həsən Vəliyev öz fəaliyyətləri haqqında ətraflı məlumat verdi və şourumu gəzərək sərgilənən məhsullarla yaxından tanış olduq. Daha sonra Muradoğlu şirkəti ilə birgə Özsüt restoranında təşkil etdiyimiz “Axşam ziyafəti və B2B” görüşümüz baş tutdu. Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə edilib, görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib.

“Muradoğlu” şirkəti Azərbaycanda tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğuldur. Bu sahədə 16 il iş təcrübəsi var. Artıq 2023 – cü ildən sement, alçipan, profil istehsalına başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Muradoğlu İnşaat MMC
Ağ Saray
BMY Caspian
Katsan Group
Akbaba Group
Fleetstock
Blum
İmzalı İnşaat
S-ENNA
Zərif Emin İnterior
Karvan L
Home Guide
Voice Agency
Master Cleaning
Lider Yanğın
ABV
AAC MMC