Ofis Ziyarəti “Design Street Company” – 30.03.2023

Bu gün xanım partnyorlarımızın da iştirakı ilə “Design Street Company” şirkətində qonaq olduq. Şirkətin rəhbəri Şəlalə Əhmədova çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və öz fəaliyyətləri olan qrafik dizayn, çap, promo, sosial media marketinqi haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız arasında yeni tanışlıqlar oldu və öz biznesləri haqqında məlumat verdilər.

2016-cı ildə təsis olunmuş “Design Street Company” şirkətinin əsas sahələri reklam, qrafik dizayn, çap, sayt, sosial media marketinqidir ki, bu sahələrdə hər zaman müştərinin ehtiyaclarına, tələbatına və istəklərinə uyğun xidmət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Cleverest Academy
KYS Belgelendirme
İcon Pərdə
Halal P
GV Estetik Mərkəzi
Məsləhətçi.az
TWC Group
Moboil