Ofis Ziyarəti “EFOR Strategic Agency” – 29.03.2023

Bugünki ofis ziyarətimiz 30 dan çox yerli və xarici markaya PR və Marketinq xidmətləri göstərən EFOR Strategic Agency şirkətində baş tutdu. Partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra şirkətin rəhbəri Şövkət Balayev bizə öz fəaliyyətləri haqqında məlumat verdi və partnyorlarla həmsöhbət oldu.

EFOR Strategic Agency məqsədi şirkətlərə satış və PR artıracaq uğurlu marketinq həlləri verməkdir. Bu həllərə rəqiblərin analizi, bazar araşdırması, şirkət üçün düzgün marketinq strategiyasının hazırlanması, rəqəmsal marketinq, web sayt və mobil tətbiqlər, brendinq, media, Google və Youtube reklamları daxildir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Amazon Travel
Good Finance
HOOD Academy
Şərq Motors
Helind
World Kariyera və İnkişaf Mərkəzi
Catering Baku
Envix Print
ADRA
D-İT