2004-cü ildə təsis edilmiş “Katsan Group” MMC mebel, inşaat, sənaye və digər sahələrdə tələb olunan istənilən növ boyaların satışını həyata keçirir. İlk fəaliyyətinə Türkiyə Respublikasından boya məhsullarının idxalı və topdan satışı ilə başlayan şirkətimiz, qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmiş və əməkdaşlıq etdiyi ölkələrin siyahısına BƏƏ, Çin, İran, Rusiya, İtaliya kimi istehsalçı ölkələri də əlavə etmişdir. “Katsan Group” MMC Bakı şəhərində, eləcə də, Azərbaycanın bütün bölgələrində distribütoru olduğu şirkətlərin brend məhsullarının satışını təşkil edir.
Şirkətimizin təqdim etdiyi məhsullar dünya standartına uyğunluğu, yüksək keyfiyyəti, gigiyenik və təhlükəsizlik göstəricilərinin üstünlüyünə görə satış bazarında digərlərindən fərqlənir.

Ünvan: Araz küçəsi 4, Nizami rayonu

Telefon: +994 12 567 05 22

Mobil: +994 50 760 43 34

web: www.katsangroup.az

e-mail : info@katsangroup.az

Facebook : KatsanGroup

İnstagram: katsangroup.az

Rəy bildirin