Meyvə bağı 100 ha ərazini əhatə edir.Bağda Şaftalı, Nektarin, Ərik, Gavalı,Gilas və Xurma ağacları əkilib. Meyvə ağacları Fransa, İtalya və Türkiyədəki serfikatlı şirkətlərdən alınaraq əkilmişdir.Doluya qarşı 3 ədəd dolu dağıdan top quraşdırılıb.Ümumi həcmi 15000 m3 olan suvarma üçün göl yaradılmışdır.380 km damcılama boruları və 10 km magistral borular quraşdırılmışdır.Nasos stansiyası tikilmiş və 2 ədəd su nasosu quraşdırılmışdır. 3000 m2 ərazidə Logistika Mərkəzi inşa olunaraq istifadəyə verilmişdir.Həmçinin 900 m2 sahədə texniki və avadanlıqlar saxlamaq üçün anbar tikilmişdir.Çeşidləmə və qablaşdırma, meyvə qurutma  avadanlıqları alınmışdır. Meyvə saxlanması üçün müxtəlif temperatur rejimlərində işləyən 9 ədəd və 1000 m3  ümumi həcmi olan soyuducu kameralar quraşdırılıb.

Ünvan: Şəki rayon Orta Zəyzid kəndi

Mobil: 050 205 30 10

E-mail: [email protected]

İnstagram: green_factory_mmc