Fəaliyyətlərimiz

Onlayn görüş – 05.11.2025

Onlayn görüşlərimiz davam edir.Noyabrın 5-də Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub. B2B mühitdə tanışlıqla davam edən görüşdə iştirakçılar bir-biriləri ilə tanış olub, öz fəaliyyət sahələri, təcrübələri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək...
Ətraflı

Marsol Group partnyorları ilə B2B görüş – 05.11.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib. Noyabrın 5-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb. Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər. Həmçinin...
Ətraflı

Marsol Minifutbol Turniri 2025 – Püşkatma mərasimi

“Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib. 1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) və Azərbaycan Minifutbol Federasiyasının (AMF) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə “Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət...
Ətraflı

Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş – 29.10.2025

Onlayn görüşlərimiz davam edir. Oktyabrın 29-da Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub. B2B mühitdə tanışlıqla davam edən görüşdə iştirakçılar bir-biriləri ilə tanış olub, öz fəaliyyət sahələri, təcrübələri və həyata keçirdikləri layihələrlə bağlı müzakirələr aparıblar. Görüşdə Azərbaycan Biznesinin İnkişafı Fondunun Aparıcı mütəxəssisi Fərman Məmmədov fondun fəaliyyətləri haqqında ətraflı məlumat verib. Həmçinin,...
Ətraflı

Marsol Group partnyorları ilə B2B görüş – 29.10.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.Oktyabrın 29-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb. Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər. Görüşdə “Veyseloğlu...
Ətraflı

Avropa turu- Almaniya (Berlin)- 26.10.2025

Avropa səfərimiz yekunlaşdı. 10 günlük Avropa səfərimizin son dayanacağı Almaniyanın paytaxtı Berlin şəhəri oldu. 25–26 oktyabr tarixlərində baş tutan səfər çərçivəsində şəhərin tarixi və mədəni irsi ilə yaxından tanış olduq. Ekskursiya proqramı Berlinin simvollarından biri olan Brandenburg Gate (Brandenburq qapısı) ilə başladı. Daha sonra Almaniya parlament binası – Reichstag ziyarət edildi. Səfər iştirakçıları həmçinin Berlin...
Ətraflı

Berlin Türk-Alman İşverənlər Birliyində işgüzar görüş-26.10.2025

Berlin Türk-Alman İşverənlər Birliyində Marsol Group nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib Azərbaycanlı sahibkarların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və Avropa bazarlarında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən Marsol Group-un Avropa səfəri çərçivəsində 26 oktyabr tarixində Almaniyanın paytaxtı Berlində növbəti işgüzar görüş baş tutub. Səfər Marsol Group partnyorlarının iştirakı ilə reallaşıb və Avropada biznes münasibətlərinin inkişafı,...
Ətraflı

Doha turu 23.10.2025 – 26.10.2025

Marsol Group partnyoru olan xanım sahibkarların iştirakı ilə Doha səfəri baş tutub. 23-26 oktyabr tarixlərində Marsol Groupun xanım partnyorları ilə Doha səfərimizin ilk ünvanı Souq Wagif olub. Qətərin paytaxtı Doha şəhərində yerləşən ən məşhur ənənəvi bazarlardan biridir. Burada onlar Qətərin zəngin mədəni irsi və ənənəvi bazar atmosferi ilə tanış olublar.  Proqram çərçivəsində həmçinin National Museum...
Ətraflı

Berlində azərbaycanlı və türkiyəli iş adamları ilə görüş – 24.10.2025

24 oktyabr tarixində Marsol Group-un Avropa səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikasının Almaniyadakı Səfirinin müavini Samir Rzayev, Marsol Group partnyorları, eləcə də Almaniyada fəaliyyət göstərən azərbaycanlı və türkiyəli iş adamlarının iştirakı ilə axşam ziyafəti formatında işgüzar görüş keçirilib. Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un...
Ətraflı

This will close in 0 seconds

This will close in 0 seconds