İyunun 12-si müxtəlif bölgələrdə fəaliyyət göstərən KOB Dostları ilə 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumatlandırma məqsədli onlayn görüş baş tutub.
Nəzərinizə çatdıraq ki, 24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin əsas məqsədi yerli şirkətlərin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.