Güclü biznes şəbəkəsi əməkdaşlığın və tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. Region partnyorları ilə ənənəvi görüşlərdən əlavə onlayn görüşlərdə də bir araya gəlmək B2B əlaqələrin inkişafına töhfə verir.İyulun
24-ü Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar arasında yeni əlaqələrin qurulması istiqamətində təşkil etdiyimiz onlayn görüşdə məqsədəuyğun olaraq sahibkarlıq fəaliyyətləri ətrafında müzakirələr apardıq, Marsol Group-un gələcək fəaliyyətləri, ölkədaxili və ölkəxarici “Biznes turlar” haqqında məlumat verdik.
Görüşdə Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İmmiyə Zamanova da iştirak edərək, Agentliyin fəaliyyət istiqamətləri haqqında sahibkarları məlumatlandırdı.