Category

Xəbərlər
Lənkəran turumuz davam edir. Turumuzun 2-ci günü “Lankaran Springs” hoteldə səhər masası ətrafında bu günki fəaliyyət istiqamətimizin planlamasını edib yola çıxdıq. Partnyorlarımızla birgə Lənkəran rayonunda yerləşən “La Ran” MMC-də istehsalat ziyarətində olduq. Şirkətin rəhbəri Nurlan bəy “La Ran” şirkətinin 2 ildən artıq fəaliyyət göstərdiyini, qənnadı məhsulları ilə yanaşı şokolad məhsullarının da istehsalatı ilə məşğul olduqlarını...
Ətraflı
Lənkəran turumuz davam edir. Partnyorlarımız “Lankaran Springs” hoteldə əyləncəli sosial fəaliyyətlərdən olan voleybol oynadılar. Səfərimizdə baş tutan maraqlı oyundan fotoları sizlərə təqdim edirik.
Ətraflı
"Globus Travel Agency" ilə birlikdə təşkil etdiyimiz növbəti Lənkəran turuna partnyorlarımızla birgə yola düşdük. Səfərimiz zamanı partnyorlarımızla birgə "Hacıoğlu" restoranında nahar yeməyi masası ətrafında toplaşdıq və sonra yolumuza davam etdik. Fotoları sizlərlə bölüşürük.
Ətraflı
Məşhur idman avtomobilləri istehsalçısı olan Ferrari şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi “Ferrari-Baku”nun dəstəyi ilə Marsol partnyotlarından bir qrup sahibkar 12-13 May tarixlərində İtalyada keçirilən Ferrari 296 GTB modelinin əyləncəli sınaq yürüşündə iştirak ediblər.
Ətraflı
29 aprel xanım sahibkarların da iştirakı ilə “La Terrace” restoranında “Şərq Motors” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə edilib, görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib.
Ətraflı
Aprelin 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin, 70-ə yaxın iş adamının və Marsol partnyorlarının iştirakı ilə “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna ictimai müzakirə təşkil olunub.
Ətraflı
27 aprel “La Terracce” restoranında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasının üzvləri olan sahibkarlarla görüş baş tutub.
Ətraflı
26 aprel MARSOL partnyorlarının iştirakı ilə “DineHall” restoranında “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Sahibkarlar arasında ənənəvi olaraq tanışlıqlar olub, yeniliklərdən bəhs edilib.
Ətraflı
23 aprel “La Liga Lounge Center”də “MARSOL” tərəfdaşlarının səmimi mühitdə dostluq və yeni biznes əlaqələrinin qurulması üçün təşkil etdiyimiz sosial fəaliyyətlərdən olan növbəti “Mafia” oyunu və axşam ziyafəti baş tutub. “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.
Ətraflı
20 aprel xanım sahibkarların da iştirakı ilə “Kolorit” restoranında “Caspian Energy Group” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə edilib, görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!...
Ətraflı
1 123 124 125 126 127 181