Lənkəran turumuz davam edir. – 14.05.2022

Lənkəran turumuz davam edir. Turumuzun 2-ci günü “Lankaran Springs” hoteldə səhər masası ətrafında bu günki fəaliyyət istiqamətimizin planlamasını edib yola çıxdıq.

Partnyorlarımızla birgə Lənkəran rayonunda yerləşən “La Ran” MMC-də istehsalat ziyarətində olduq. Şirkətin rəhbəri Nurlan bəy “La Ran” şirkətinin 2 ildən artıq fəaliyyət göstərdiyini, qənnadı məhsulları ilə yanaşı şokolad məhsullarının da istehsalatı ilə məşğul olduqlarını qeyd etdi. Daha sonra Nurlan bəylə fabriki gəzərək istehsal olunan məhsullarla əyani tanış olduq.“La Ran” MMC-də istehsalat ziyarətində partnyorlarla yanaşı Masallı və Lənkəran rayonlarında yerləşən “KOB Dostu” nümayəndələri də iştirak edib.

Bu günki növbəti səfərimiz isə partnyorumuz “Yaşıl Çay” Fermer Təsərrüfatına oldu. Araz bəy bizi çay plantasiyası ilə tanış etdi və istehsal olunan məhsullar haqqında ətraflı məlumat verdi.