Turumuzun 2-ci günü “Lankaran Springs” hoteldə axşam yeməyindən sonra partnyorlarımızla birgə sosial fəaliyyətlərimizdən olan “Mafia” oyunu oynadıq. Həmişəki kimi partnyorlarımız fərqli strategiyalar sərgiləyərək daha maraqlı oyun keçirilməsinə şərait yaratdılar.

15 may Lənkəran turumuzun son günü oldu. “Lankaran Springs” hoteldə səhər masası ətrafında toplaşdıq. Səhər yeməyindən sonra Bakıya yola düşdük . Lənkəran turumuzu daha məhsuldar yekunlaşdırmaq qərarına gələrək birlikdə “Saloni” mebel salonunda ofis ziyarətin də olduq. Şirkətin rəhbəri Elməddin bəy bizi xoş qarşlayaraq, mebel salonunda yer alan ən son üslubda dizayn olunmuş mebellerlə tanış etdi və çay süfrəsi ətrafında “Saloni” mebel mərkəzi haqqında ətraflı məlumat verdi.

This will close in 0 seconds