BALKHOORMA şirkəti 2016-cı ilin yanvar ayından öz fəaliyyətinə başlayıb. Şirkətimiz Azərbaycanın gözəl şimal bölgəsi olan Balakəndə, dağlar qoynunda yerləşir və 150-ə yaxın mehriban və təcrübəli işçilərdən ibarət heyətə malikdir. Zavodumuz bütün lazımi avtomatlaşdırılmış avadanlıqlarla təchiz edilmişdir və yuyulma, soyulma, soyutma, qablaşdırma sexlərindən ibarət şəkildə müasir standartlara tam uyğunlaşdırılmışdır. Biz əsas xammal olan xurma meyvələrini Katexdə və ətraf kəndlərdə yerləşən bağlardan alaraq həm yerli fermerlərə dayanıqlı olaraq dəstək olmağa çalışır, həm də bununla da öz alıcılarımıza ən dadlı və 100% organik məhsul çatdıra bilirik. Biz sosial məsuliyyətimiz çərçivəsində daima yeni məhsul ideyaları ilə digər meyvə istehsalçılarına da kömək olmağı və alıcılarımıza çeşid müxtəlifliyi təqdim etməyi hədəfləmişik. Azərbaycan xurma istehsalına görə dünyada ilk beşlikdə olduğundan meyvə ehtiyatlarımız həm yerli satışlara, həm də ixraca artıqlaması ilə kifayət edir. BALKHOORMA MMC bu günə kimi Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına da çatmış və Azərbaycanın bu ekzotik ləzzətini xarici alıcılara da təqdim etmişdir. Hədəfimiz daha çox ölkədə məhsul çeşidliyi ilə hər bir alıcımıza organik və faydalı məhsullar çatdırmaqdır!

Ünvan: Baş ofis – Bakı, Azərbaycan ; İstehsal Müəssisəsi – Balakən, Azərbaycan

Telefon: +994 12 539 53 92

Mobil: +994 55 455 07 57

E-mail: [email protected]

Facebook: Balkhoorma

İnstagram: balkhoorma

Youtube: Balkhoorma

This will close in 0 seconds