Axşam ziyafəti və B2B “Şəki” – 29.04.2023

Artıq Regionlardayıq!

29 aprel tarixində Marsol Regionun təşkilatçılığı ilə Şəki şəhərində fəaliyyət göstərən “Dastan” restoranında “Axşam ziyafəti və B2B” görüşü baş tutdu. Görüşdə partnyorlarımızla yanaşı region sahibkarları və dövlət qurumlarından Şəki-Zaqatala Dövlət Məşğulluq Agentliyinin rəhbəri Abdulla Kərimov və İqtisadiyyat Nazirliyi Şəki-Zaqatala Regional bölməsinin rəhbəri Qalib Məsimov da iştirak edib. Təşkil etdiyimiz axşam ziyafətində sahibkarlar bir-birilərilə tanış oldular və əməkdaşlıq imkanlarının yaranması məqsədilə öz biznesləri haqqında məlumat verdilər. Daha sonra Marsol Groupun ümumi fəaliyyətləri, iyun ayında baş tutacaq “Yerli şirkətlərin tanıtım sərgisi 2023” haqqında videoçarx təqdim olundu və “Marsol Karyera və İnkişaf Mərkəzi” başda olmaqla şirkətimizin təşkil etdiyi fəaliyyətlər haqqında ətraflı məlumat verildi.

Regional sahibkarların üçün birbirilərilə fikir mübadiləsi aparması, bizneslərini inkişaf etdirmək üçün zəmin yaradır. Bölgələrimizdəki sahibkarların bir araya gəlməsinin regional iqtisadi inkişafa da öz töhfəsini verəcəyinə inanırıq.