Business Breakfast “Özsüt” – 02.05.2023

Bu gün Özsüt restoranında “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə partnyorumuz olan xanım sahibkarlar da iştirak etdi. Görüş iştirakçıları öz şirkətləri və gələcək planları barədə məlumat verdilər. Görüşdə qarşılıqlı maraq doğuran suallar ortaya qoyuldu, müzakirələr aparıldı və gələcək əməkdaşlıq perspektivləri dəyərləndirildi.
Bununla yanaşı, görüşə qatılan Azərbaycan Sahibkarlar Konfederasiyasının baş məsləhətçisi və müşaviri Şəbnəm Nuriyeva təşkilatın fəaliyyətləri və gələcək planlarından danışdı.
Daha sonra partnyorumuz “Shane Academy”nin rəhbəri Jalə xanım “Marsol Karyera və İnkişaf Mərkəzi” ilə birgə təşkil ediləcək “NASA İzmir” kampı haqqında məlumat verdi. Sonda “Bona Mente Consulting” şirkətinin “Biznes Kommunikasiya” mövzusunda təqdimatı oldu. Şirkətin təsisçisi və direktoru Alidə Mahmudova görüş iştirakçılarına şirkət haqqında ətraflı məlumat verərək sualları cavabladı.

Ümumilikdə, “Business Breakfast” görüşü işgüzar dairələrin inkişafı baxımından uğurlu və səmərəli oldu.

Təşkil edilən “Business Breakfast” görüşlərin əsas məqsədi sahibkarlar, iş adamları və mütəxəssisləri bir araya gətirmək, onların bir-birini tanımasına və əməkdaşlıq etməsinə şərait yaratmaqdır. Belə tədbirlər işgüzar dairələrin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

ERZ Ofis Mebeli
Bona Mente
SG Logistics
Omax Group
Başak Supply
VMR Tekstil
Şərq-Qərb
Shane English School
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Rövşənoğlu Holding
N-Advert
Orvita
Baobab Medical
Homeguide
As Avtomatika
Bloom Group
Strix
Dekoriza
All Plast
Antik İnşaat
ASK