Ofis Ziyarəti “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” – 27.04.2023

Bu gün “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə partnyorlarımızla birlikdə qonaq olduq. Müəssisənin icraçı direktoru Müzəffər İsmayılov çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və mərkəzin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonra Müzəffər bəy mərkəzdə işləyən müəllimlərin iş təcrübəsi, nailiyyətləri və planları barədə danışdı. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və təhsil sahəsində birgə maraqlı layihələr haqqında fikir mübadiləsi etdilər. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov da görüşdə iştirak edərək partnyorlarımızla həmsöhbət olub. Görüşün sonunda Müzəffər bəyin rəhbərliyi ilə müəssisənin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və otaqları gəzərək əyani formada tanış olduq.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl mərkəzlərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, Rus və İngilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric, Primary, Secondary, IGCSE, AS/A Levels) üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 600-dan çox şagirdə təhsil xidməti göstərir.

Sahibkarlar arasında əlaqələrin qurulması və iş birliyinin inkişaf etdirilməsi üçün “Ofis ziyarətləri” və netvörkinq görüşləri çox önəmlidir. Belə görüşlər sahibkarlara bir-biriləri ilə yaxından tanış olmaq, fəaliyyətləri barədə məlumat almaq, potensial əməkdaşlıq və tərəfdaşlıq imkanlarını müzakirə etmək, birgə layihə və planların həyata keçirilməsi üçün zəmin yaratmaq imkanı verir.

Iştirak edən hər kəsə təşəkkür edir, onların və mərkəzin inkişafında uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

XXI Əsr Məktəbi
ERZ Ofis Mebeli
Hafele
Express Service Logistics
Amazon Travel
LS Laser
S-Enna
Moon Group
Sarp System
Texno Gallery
SR Group
Office pro
Sarvagelli