Sahibkarlar gününə həsr olunmuş tədbir “Şəki” – 25.04.2023

25 Aprel tarixində “Marsol Region” olaraq Şəki İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar gününə həsr olunmuş tədbirdə partnyorlarımızla birlikdə iştirak etdik.

Tədbir Azərbaycan dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyəv və Azərbaycanın ərazi bütövlüyünün uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki KOB Dostu Elbrus İsgəndərov və Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional filialının rəhbəri Abdulla Kərimov sahibkarlar üçün dövlət dəstəyi mexanizmləri və regiondakı yeni layihələr, investisiyalar haqqında məlumat verdilər.Tədbirin yekununda ölkəmizdə sahibkarlığın inkişafı və 25 Aprel Sahibkarlar Günü ilə bağlı videoçarx izlənildi.

Biz də “Marsol Region” olaraq başda partnyorlarımız olmaqla bütün sahibkarlarımıza hörmətimizi bildirir, gələcəkdə fəaliyyətlərində uğurlar arzulayırıq.