26 aprel tarixində “Marsol Business Club”da sahibkarların iştirakı ilə B2B görüşümüz baş tutub. Görüşdə iştirak edən sahibkarlar şirkətləri haqqında ətraflı məlumat verərək bizi biznesləri ilə tanış etdi. Daha sonra sahibkarlara “Marsol Group”un əsas fəaliyyət sahəsi haqqında məlumat verildi. “Yerli şirkətlərin tanıtım sərgisi 2023” , “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla gələcək üçün nəzərdə tutulan fəaliyyətlər mövzusunda müzakirələr aparıldı.