“Axşam Ziyafəti və B2B” görüş – 14.09.2023

14 sentyabr tarixində “Axşam ziyafəti və B2B” görüşü çərçivəsində Marsol Group və “Evimiz” şirkətinin birgə təşkilatçılığı ilə iş dünyasında netvörkinqin əhəmiyyətini bir daha vurğulamaq üçün restoran, catering, hotel və təmir tikinti sahəsində fəaliyyət göstərən partnyorlarımızı “Prive Steak Gallery” restoranına dəvət etdik. Biznes mühitində aktiv bir şəbəkə yaratmaq məqsədilə təşkil olunan görüşdə həm sahibkarlar öz şirkətləri haqqında məlumat verib həm də, öz biznes təcrübələrini bölüşərək səmimi bir mühit yaranmasına vasitəçi olublar. Bununla yanaşı, iştirakçılara Marsol Group-un gələcək fəaliyyətləri və “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verilib.

Həmçinin, görüş çərçivəsində “Evimiz” şirkətinin təsisçisi Ceyhun Cəfərov fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verib. Ardınca şirkətin biznes inkişafı direktoru Mədinə Mahmudova təklif etdikləri xidmətlər haqqında təqdimat edib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik!