1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi ilə bağlı görüş

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə bağlı Marsol Group partnyorları arasında görüşlər davam edir.

Baş tutan görüşlərdə müxtəlif sektorlarda fəaliyyət göstərən istehsalçı şirkətlərin rəhbərləri ilə sərgi haqqında müzakirələr aparılıb. Sahibkarlara əməkdaşlıq imkanlarının genişləndirilməsi və istehsalatın inkişafı üçün təşkil olunan sərgi ilə bağlı ətraflı məlumat verilib.

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nin yerli istehsalçı şirkətlərin tanıtım imkanlarını artırmaq üçün mühüm addım olacağına inanırıq!

Nəzərinizə çatdıraq ki, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Marsol Group”un birgə təşkilatçılığı ilə 7, 8, 9 dekabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək.