Ofis Ziyarəti “Texno Gallery” – 14.09.2023

Partnyorları bu dəfə 2022-2023 Marsol Group sponsoru “Texno Gallery” şirkətinin yeni ofisində bir araya gətirdik. İştirakçılar görüş çərçivəsində öz bizneslərini təqdim edərək yeni əməkdaşlıq imkanlarının yaranmasına vasitəçi olublar. Həmçinin, onlar şirkətin direktoru Murad Adışirinli ilə həmsöhbət olublar. Murad bəy öz təqdimatında uğurlu biznesin necə fəaliyyət göstərdiyini və böyüdüyünü sahibkarlarla bölüşüb. Bununla yanaşı, görüşün davamında şirkətin fəaliyyətləri ilə bağlı video çarx təqdim olunub. Sahibkarlar “Texno Gallery”nin məhsulları və xidmətləri ilə yaxından tanış olaraq şirkət haqqında öz təəssüratlarını bölüşmək imkanı əldə ediblər.

“Texno Gallery”, kompüter, kompüter komponentləri və ofis avadanlığı satışında ixtisaslaşmış mağazadır. Şirkət, dünyanın aparıcı istehsalçılarından geniş çeşiddə müxtəlif keyfiyyətli kompüter avadanlığı, ehtiyyat hissələri, noutbuklar, ultrabuklar, kompüter və ofis avadanlıqları, kompüter ehtiyyat hissələri, serverlər və şəbəkə avadanlıqlarını sərfəli qiymətlərlə təklif edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mobil Group
Şərq Motors
Mart Group
Shams Group
Kapital Bank
DİFA Consulting Services
İndigo
Amazon Travel