Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş – 13.09.2023

Netvörkinqi genişləndirmək məqsədilə Marsol Group və Marsol Region partnyorları arasında keçirilən növbəti onlayn görüşdə intensiv fikir mübadiləsi aparılıb. Görüşdə işgüzar tərəfdaşlar arasında sıx ünsiyyət və qarşılıqlı əlaqə təmin edilib. Sahibkarlar öz biznes təcrübələrini bölüşüb, ideyalarını müzakirə edib və potensial əməkdaşlıqları qiymətləndiriblər. Bu dərin söhbətlər regional sahibkarlar üçün yeni əlaqələr yaratmağa və biznes imkanlarını genişləndirməyə vasitəçi olub.

Görüşün davamında Lənkəranda fəaliyyət göstərən Balçı Səyavuş brendi altında arıçılıq təsərrüfatı ilə məşğul olan Səyavuş Yaqubov bizə arıçılıq sahəsini və mağazasını göstərib. Səyavuş bəy məhsullarını nümayiş etdirərək fəaliyyətini ətraflı şəkildə izah edib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!