Ofis Ziyarəti “Meqa Həyat” – 13.09.2023

Sahibkarların əməkdaşlıq və əlaqələrini gücləndirmək məqsədi ilə təşkil olunan ofis ziyarəti bu dəfə həyat sığortası üzrə sığorta xidmətləri göstərən “Meqa Həyat” şirkətində baş tutub. Görüş çərçivəsində “Meqa Həyat” sığorta şirkətinin İdarə Heyətin sədri Emil Ağamaliyev şirkətin uğurlarından və təcrübələrindən danışaraq təqdimat edib. Burada sahibkarlar, şirkətin iş mühitini, innovativ təcrübələrini və biznes proseslərini müşahidə etmək imkanı əldə ediblər. Sahibkarların şirkətin fəaliyyətləri ilə bağlı maraqlı gələn mövzularda verdikləri suallar cavablandırılıb.

“Meqa Həyat”, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, sağalmaz xəstəliklərdən sığorta, həyatın yaşam sığortası, müddətli həyat sığortası təklif edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzuayırıq!

İştirak edən şirkətlər:

Silo Construction
BSC
Gens Electric
Delta Tech
Zetaş
Crea
Bayraktar Holding
Moon Group
Sarp Systems
FFF+N
Ledior
BF Group
İcon Pərdə Dizayn
Kral Rent a Car

This will close in 0 seconds