Business Breakfast “Prive Steak Gallery” – 13.09.2023

Bu səhər “Prive Steak Gallery” restoranında baş tutan “Business Breakfast” görüşü çərçivəsində partnyorlarımızı bir araya gətirdik. Partnyorlarımız davamlı əməkdaşlığı inkişaf etdirmək üçün öz sahələri üzrə təcrübələrini bölüşüblər. Səmimi mühitdə sahibkarların fəal şəkildə iştirak etməsi görüşə rəng qatıb. Həmçinin görüş çərçivəsində “Marsol Region” partnyoru “Əliəhməd Şirniyyat Evi”nin fəaliyyətləri ilə bağlı hazırlanmış video çarx partnyorlarımıza təqdim edilib. Sahibkarlar 1950-ci ildən fəaliyyət göstərən müəssisənin tarixi və təcrübələri ilə tanış olublar. Bununla yanaşı “Əliəhməd Şirniyyat Evi” tərəfindən görüşə xüsusi dad qatan ləziz təamlar təqdim edilib.

Görüşdə “Kapital Bank”ın kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev və departamentin meneceri Vüsal Axundzadə bankın xidmətləri və məhsulları haqqında təqdimat edib. Təqdimat çərçivəsində bankın fəaliyyətləri haqqında hazırlanmış video çarx izlənilib. Daha sonra sahibkarlar “Kapital Bankın” yeni layihələri ilə bağlı maraqlı gələn mövzularda öz suallarını Nəsimi bəyə təqdim ediblər.

Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin şöbə müdiri Nicat Əlizadə tərəfdaşlarımıza “ARB24” telekanalı ilə birgə həyata keçirdikləri yeni layihə olan “Biznes Büro” verilişi haqqında məlumat verib.

Qeyd edək ki, görüşdə 2023-2024-cü il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Slavyanka
Kovrolin.az
Fenstar
S-ENNA
Ato-slim
Fresh creative
Qayo
MVC group
Sleep and Bed
Energy n
Pro Con izo
Teoria ( qonaq )
Azsafron ( qonaq )
Kapital bank
N-Advert
SİS Collection
Xalq Həyat
Can.az
189 taksi ( qonaq )
Məsləhətçi.az
Türkeş Dekor
Maricel
Logitrans
Albilet.az ( qonaq )
Sweet Tweet
Omnitech
İşarti
Edde Global
KOBİA
Mopedo