1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi ilə bağlı görüş

Ölkəmizdə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulların, eləcə də müasir istehsal avadanlığı və texnologiyalarının nümayiş olunacağı “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə bağlı Marsol Group partnyorları ilə görüşlər keçirilib.

Müxtəlif sektorlarda fəaliyyət göstərən istehsalçı şirkətlərin iştirak etdiyi görüşlərdə sahibkarlar sərgi haqqında fikir mübadiləsi aparıblar. Baş tutan görüşlərin əsas məqsədi 7-9 dekabr tarixlərində keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” barədə məlumat vermək olub. Sahibkarlar sərgi barədə ətraflı məlumat əldə ediblər.

Həmçinin, görüşlərdə bir çox şirkət öz istehsal məhsulları və xidmətlərini sərgidə nümayiş etməyi planlaşdırdığını bildirib.

Onu da qeyd edək ki, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Marsol Group”un birgə təşkilatçılığı ilə 7, 8, 9 dekabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək.