Ofis Ziyarəti “Fleetstock” – 12.09.2023

Bugünkü ofis ziyarətimizdə 40-dan çox brendin distribyutoru olan “Fleetstock” şirkətində qonaq olduq. Partnyorlarımız öz bizneslərini təqdim etdikdən sonra şirkətin rəhbəri Emin Həsənli fəaliyyətləri haqqında məlumat verib. Ardından təqdim olunan video çarx üzərindən sahibkarlar şirkət haqqında daha çox məlumat sahibi olublar. Şirkətin xidmətlərinə yönəlmiş təqdimatlar sahibkarlar arasında əməkdaşlıq imkanlarını qiymətləndirmək və gələcək birgə layihələri müzakirə etmək imkanı yaradıb.

Nəzərinizə çatdıraq ki, “Fleetstock” şirkəti qida və qeyri-qida sənayesi üçün mühəndislik, texniki audit və həlləri, HACCP sisteminin qurulması xidməti təklif edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu
Unity Technologies
Saloni
Euroglass Art
A Trading Azerbaijan
Best Bearings Company
Hikmətoğlu Transport
MODAMER