Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 12.09.2023

Partnyorlarımız bu gün sosial tərəfaşımız olan “Birgə və Sağlam” İctimai Birliyini ziyarət ediblər. “Birgə və Sağlam” İctimai Birliyini-nin sədri Aytən Eynalova Mərkəzdə hazırda 90-a yaxın autizmspektr pozğunluqları olan şəxslərə verilən dəstək proqramları haqqında ətraflı məlumatı diqqətə çatdırıb. Partnyorlarımız proqramların təlim zamanı tətbiq prosesini əyani şəkildə izləyiblər. Həmçinin autizmli gənclərin əl işləri ilə yaxından tanış olublar.

Daha sonra sahibkarlar mərkəzin daxilində fəaliyyət göstərən “Kaşalata cafe”ni ziyarət ediblər. Autizmli gənclərdən ibarət xor qrupunun ifasında mahnılar dinlənilib və kafenin autizmli gəncləri tərəfindən müxtəlif tamaşalar nümayiş olunub. Partnyorlarımız, bir-birilərilə mərkəzin fəaliyyətləri haqqında fikir mübadiləsi aparıblar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Brain of Construction
GST Company
Unilift
Antik İnşaat
Superfon
Estet
Odero
Concept Home
Net Finance
AAFT
Silkcoat Boya
B2B Security