“Korporativ satış” mövzusunda təlim – 15.09.2023

15 sentyabr tarixində Marsol Group-un nəzdində fəaliyyət göstərən “Marsol Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “SAT Group” şirkətinin həmtəsisçisi Azad Qəhrəmanovun “Korporativ Satış” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra təlim müddətində Azad bəy “Korporativ Satış” haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Korporativ satış” başlığı altında mütəmadi olaraq təşkil olunan təlimlər effektiv marketinq strategiyalarının inkişafı, işlənib hazırlanması, potensial müştərilərlə iş və bu kimi mövzularda sahibkarların bizneslərini böyütməsi və genişləndirməsi istiqamətində mühüm addımlar atmağa imkan verir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

ADRA
Compar Academy
Kapital Bank
Bio Estetik
İn Time Trade
Lucky Office Support
Pan Coffee
GV Estetik
SAT Group
Agile Solution