STRİX – Açılış mərasimi – 16.09.2023

Bu gün “İT” avadanlıqlarının satışı və quraşdırılması ilə məşğul olan Marsol Group partnyoru “STRİX” şirkətinin yeni filialının açılış mərasimi baş tutub. Kompüter, kompüter hissələrinin və müxtəlif şəbəkə avadanlıqlarının topdan satışı sahəsində fəaliyyət göstərən şirkətin açılışında partnyorlarımızla birlikdə iştirak etdik. Şirkətin rəhbəri Pərviz Şirinov partnyorlarımızla həmsöhbət olub. Səmimi mühitdə bir araya gələn sahibkarlar “STRİX” şirkəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Həmçinin, açılış mərasimində şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub.


Bununla yanaşı Marsol Group tərəfindən “STRİX” şirkətinin yeni mağazasının açılışı münasibətilə Pərviz bəyə xatirə hədiyyəsi təqdim olunub.


Dünyaca məşhur “ASUS” şirkətinin Azərbaycanda “Qızıl Tərəfdaşı” olan “STRİX” həmçinin Microsoft, Dell, HP və Lenovo şirkətlərinin rəsmi statuslu tərəfdaşıdır. Bundan başqa şirkətimiz HP, Canon, Epson, , Xerox, Kyocera, Asus, Toshiba, Acer, Lenovo, Zyxel, TP-link, Kingston, Seagate, Afox, Ripo, Mercury, Samsung, LG, Aigo, Rapoo, Ldnio və digər məşhur dünya brendlərin məhsullarının rəsmi satışını təşkil edir.


“STRİX” şirkətinə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!