“Axşam ziyafəti və B2B” görüş – 12.08.2022

12 avqust Marsol partnyorlarının iştirakı ilə “El Piano Baku” restoranında “BHB Media” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Yeni əməkdaşlıqlar üçün imkanlar yaradan netvörkinq məqsədli görüş tanışlıqla başladı. İştirak edən sahibkarlar şirkətləri haqqında məlumat verdilər. “BHB Media” şirkətinin rəhbəri Şaban bəy, şirkətin missiya və viziyonundan bəhs etdikdən sonra “ECD / Business Unit” direktoru Ağarəcəb bəy şirkətin fəaliyyət sahələri haqqında daha detallı məlumatlar bölüşdü. Təqdimatından sonra fəaliyyətləri haqqında partnyorlarımızı maraqlandıran sualları cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Grow Audit
Caspian Energy Group
Ağ Saray
Fenstar
Azdizayn Group
Sika
AS Sement
Okuklu Holdinq
Silo Construction
Almet
Eurodoor
Caspian Clima
Pərdəçi
Oksi Group
BHB ( sponsor )
360 Kamera ( qonaq )
Azfinance
Atmosfer
Kapital Bank
Vibrostone
Texno Gallery