Müsahibə №61 – Emin Həsənli / Fleetstock şirkəti

Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, partnyorumuz “Fleetstock” şirkətinin təsisçisi Emin Həsənli oldu.

Emin bəy “Fleetstock”un uğurlu keçmişindən, Azərbaycandakı fəaliyyət və xidmətlərindən danışdı. Müsahibədə şirkətin yaranmasından, hazırki fəaliyyətlərindən və şirkətin gələcək planlarından bəhs etdi. Həmçinin eyni sahədə fəaliyyət göstərən şirkətlərdən nə ilə fərqləndiklərini də vurğuladı. Ən sonda isə uğurlu biznesmen olmağın sirrindən və Marsol şirkəti ilə əməkdaşlığından danışdı.

Nəzərinizə çatdıraq ki, “Fleetstock” şirkəti 1999-cu ildən fəaliyyət göstərir. Sənaye üzrə filter, sürtgü yağları, kompressor, generator, ölçü cihazları, akkumlyator batareyaları, remenlər və s. üzrə 40-dan çox brendin distribyutorudur. Mühəndislik, layihələr, texniki audit və həlləri, HACCP sisteminin qurulması və s. xidmətləri mövcuddur.