“Bilinən və bilinməyən cəhətləri ilə planlama” mövzusunda təlim – 12.08.2022

“MARSOL Business Club”da “Bilinən və bilinməyən cəhətləri planlama” təlimi

12 avqust tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant Seymur İlyasovun “Bilinən və bilinməyən cəhətləri ilə planlama” mövzusunda təlimi baş tutub. Təlimdən əvvəl tanışlıq olub və təlimdə iştirak edən partnyorlarımız öz şirkətləri haqqında məlumat veriblər. Təlim müddətində Seymur bəy “Planlama” mövzusunda partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Şəms Tərcümə

Lucky Office Support

Təndir-Məndir

Qurban.az

Arter

BFAA

Proav

Uni lift