Ofis ziyarəti “Star group” – 12.08.2022

Marsol partnyorları “Star Group” holdinqində!

Bugün “Özsüt” restoranlar şəbəkəsinin də daxil olduğu “Star Group” holdinqdə baş tutan “Ofis Ziyarəti”mizdən görüntüləri sizlərlə bölüşürük. Partnyor holdinqin fəaliyyətləri ilə daha yaxından tanış olmaq üçün təşkil etdiyimiz bu görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə daha yaxından tanış olub, məlumatların bölüşdülər.

Sonrasında isə “Star Group”-un həmtəsisçisi Renat bəy ətraflı məlumat verdi. “Star Group”un özündə müxtəlif sahələri əhatə edən şirkətləri birləşdirən, yenilikçi və dinamik bir holdinq olduğunu qeyd etdi.

MARSOL partnyoru olan “Özsüt” restoranlar şəbəkəsi haqqında da söhbət açıldı. Belə ki, öz xidmət səviyyəsi və keyfiyyəti ilə restoran şəbəkəsi sahəsinda ön sıralarda olan “Özsüt” restoranlar şəbəkəsinin Bakı şəhərində 5 filialı – Atatürk Parkı, Gənclik Mall, Qış Parkı, Elmlər, Fəvvarələr Meydanı filialları fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Qanun mühasibatlıq xidmətləri
MVC group
SM fresh oil
Cleverest academy
Ok Media
Ruzi
Feram group
Ecomedi