Axşam Ziyafəti “Kitchen Plus” – 12.03.2024

100-ə yaxın sahibkar “Axşam ziyafəti və B2B” görüşdə bir arada!

Marsol Group, “FFF+HF”, “Shane Academy”, “Arenol Group”-un birgə təşkilatçılığı ilə martın 12-si “Kitchen Plus” restoranında təşkil olunan bu tədbir iş dünyasının müxtəlif sahələrindən olan sahibkarları bir araya gətirib.

“FFF + HF” şirkətinin rəhbəri Tacirə İslamova, “Shane Academy”nin təsisçisi və direktoru Jalə Bəhramova və “Arenol Group”un icraçı direktoru Anar Kərimov çıxış edərək fəaliyyətləri haqqında məlumat verib. Davamında “Shane Academy” və “Arenol Group” şirkətinin fəaliyyətlərini əks etdirən video çarx izlənilib.

Görüşün sonunda biznesdəki problemlər və imkanlar haqqında açıq fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq qərarlarını istiqamətləndirəcək fikirlər səsləndirilib.