DOĞTAŞ MMC AZƏRBAYCAN 2008-ci ildən etibarən Azərbaycanda, Bakıda 4 Doğtaş və 3 Kelebek mağazası ilə ümumilikdə 11.500 m2 qapalı vitrin sahəsi və 11.000 m2 anbar sahəsi ilə istehlakçılara xidmət göstərir.
DOĞTAŞ MMC AZƏRBAYCAN-ın mebel məhsul qruplarına yataq otağı, yemək otağı, divan dəstləri, gənclər otaqları, çarpayı, mətbəx mebeli, mətbəx stol-stulları və aksesuarları daxildir. Onun xidmətlərinə pulsuz çatdırılma, pulsuz dizayn və layihənin planlaşdırılması daxildir.
2 illik zəmanət müddəti ilə müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq üçün lazım olan bütün səyləri həyata keçirir.
Dogtaş mebelinin tərkibində olan Dogtaş və Kelebek markaları haqqında qısa məlumat vermək;


1972-ci ildə Türkiyənin Çanaqqala şəhərində qurulan Doğtaş Mobilya Türkiyənin ən böyük mebel istehsal edən şirkətlərindən biridir. Doğtaş mebeli istehlakçıların və ictimaiyyətin rəğbətini qazanmış və bu təqdiri bir çox dizayn, xidmət, istehlakçı və keyfiyyət mükafatları ilə qeyd etmişdir.
Müasir və fərqli xətti, qabaqcıl mövqeyi və həyat tərzini təyin edən yanaşması ilə böyüməyə davam edən Doğtaş, dünya brendi olmaq yolunda sürətli addımlar atan güclü mövqedədir.
Doğtaş bu gün; 72 ölkəyə ixrac edən və daxildə və xaricdə seçilən 289 mağazası ilə Türkiyənin ən böyük şirkətləri arasındadır.

Türkiyənin ilk panel mebel və mətbəx istehsalçısı olan Kelebek Mobilya Türkiyə Cümhuriyyəti tarixində ən köklü sənaye müəssisələrindən biridir. Kelebek Mobilya ilk yerli təyyarənin qanadları üçün kontrplak istehsalı üçün 1935-ci ildə İstanbul Haliçində fəaliyyətə başlamışdır.

Türkiyənin qabaqcıl mebel istehsalçısı olan Kelebek innovativ dizaynları və inkişaf etdirilən mebel formaları ilə unikal və geniş məhsul çeşidinə malikdir. Panel mebel sistemləri ilə müştərilərinə yaşayış sahələrində geniş mobillik təmin edən Kelebek, şık, faydalı, yüksək keyfiyyətli, birləşdirilə bilən fərqli kolleksiyalar və zəngin məhsul çeşidi ilə təklif etdiyi limitsiz alternativlərlə bütün ehtiyacları qarşılayır.

Türkiyədə 216-dan çox mebel və mətbəx mağazasında məhsullarını istehlakçılara təqdim edən Kelebek Mobilya, təxminən 17 ölkəyə standart və xüsusi Kelebek məhsullarının ixracı ilə beynəlxalq bazarda da seçilən markalar sırasındadır. Kelebek Mobilya öz prestijli məhsulları ilə yanaşı, uğurla həyata keçirdiyi layihə və kollektiv podrat işləri ilə Türkiyənin ən etibarlı və lider şirkətləri sırasındadır.

Ünvan: Babək prospekti 25 – Bakı

Telefon: (+99412) 496 75 92-93

Mobil: (+99450) 322 72 99-(+99450) 214 10 18

web: www.dogtas.az

e-mail: [email protected]

İnstagram: https://www.instagram.com/dogtas.az/

https://www.instagram.com/kelebek.az/