Bakı Mühəndislik Universiteti ilə memorandum imzalanıb – 12.03.2024

Martın 12-si Bakı Mühəndislik Universiteti və Marsol Group arasında memorandum imzalanıb. Sənədi Universitetin rektoru Yaqub Piriyev və Marsol Group-un təsisçisi Tural Mustafayev imzalayıblar.

Görüş çərçivəsində əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığı, təhsil müəssisəsində əldə edilən bilik və bacarıqların sənayedə dəyərləndirilməsi istiqamətində Marsol Group-la əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Bakı Mühəndislik Universitetinin prorektorları və partnyorlarımız da görüşdə iştirak edib. Təhsil sahəsi ilə əməkdaşlıq haqqında təkliflər irəli sürülüb.

Sonda Marsol Group-un təsisçisi Tural Mustafayev tərəfindən Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyevə xatirə hədiyyəsi təqdim olunub.