“Axşam Ziyafəti və B2B” görüş – 04.04.2023

4 aprel tarixində Marsol Group və Sarp Systems şirkətinin birgə təşkilatçılığı ilə növbəti “Axşam ziyafəti və B2B” görüşümüz “Güllü” restoranında baş tutdu. Netvörkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə təşkil etdiyimiz görüşdə axşam yeməyi masası ətrafında yeni tanışlıqlar oldu və görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verdi. Görüşdə iştirak edən “Sarp Systems” şirkətinin təsisçisi Fazil Canayev, rəhbərləri Anar Mahmudov və Məcnun Alıyev öz fəaliyyətləri haqqında məlumat verərək partnyorlarımızla həmsöhbət oldu. Azərbaycan Respublikasının Elm və Təhsil Naziriliyindən Nazir müşaviri Nicat Məmmədli də görüşdə iştirak edərək müəyyən mövzulara toxundu.

“Sarp Systems” anbar, məhsul və sənədlərin monitorinqi və nəzarəti ilə əlaqədar əməliyyatların bütün növlərinin avtomatlaşdırılmasını təklif edir. Müasir texnologiyalar ilə, Sizin biznes proseslərinizin optimallaşdırılması, idarə edilməsi və yaxşılaşdırılması üçün həllər təklif edirik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Arter MMC
Dolma Restoranı
Newcond
Lunchef
IST Services
Brend Agro
Logitrans
Qmeter
Lucky Office Support
İcon Pərdə
De-Promo
Natura İnşaat
MVC Group
Novator
Baykon İnşaat
N-Advert
Nativis
Yusif-NS
Nurlu Parfum Lab
Globus Travel
ThinkWise
Antik Inşaat
Təhsil Nazirliyi
Çapar Group
Elar Park
Estet
Şərq Motors
SM Fitness
KYS
DİV Academy
Green Motors
SM Fresh Oil
TAİM
Sarp Systems (3 nəfər)
SM Fresh Oil