“Axşam ziyafəti və B2B” görüş – 05.04.2023

5 aprel tarixində “Pak Xalça” şirkəti ilə birgə təşkil etdiyimiz növbəti “Axşam ziyafəti və B2B” görüşümüz “Təndir Məndir” restoranında baş tutdu. Pak Xalça şirkətinin təsisçisi Vüqar Əhmədov öz fəaliyyətləri haqqında partnyorları məlumatlandırdı. Netvörkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə təşkil etdiyimiz görüşdə axşam yeməyi masası ətrafında partnyorlarımız arasında yeni tanışlıqlar oldu və görüşdə iştirak edən şirkətlər öz fəaliyyətləri haqqında məlumat verdi.

“Pak Xalça” şirkəti 2005-ci ildən etibarən təmizlik sektorunda fəaliyyət göstərir. Şirkətin təmizlik xidməti sektorunun bir neçə növünü – xalça, pərdə, yumşaq mebel, yorğan-döşək, yastıq, yun yuyulmasını həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Pak Xalça
LS Laser
Rota Group
United Payment
Social Lab
Saloni
Təndir Məndir
Zərif Zərgər
Best Bearings Company
BMZ
Foto Xalça
Pos.az
ProGlass
Net Finance
Flyblast Travel
İdeal Dizayn
MR Group
Pan Coffee
Acıbadem
Nano
Çoban.az
Pro Con İzo
Hood Academy
Hanoğlu
Bakı İstanbul Liseyi
Envix Print
Kapital Bank