“Axşam Ziyafəti və B2B” görüş – 01.04.2023

“GFC” şirkəti ilə birgə təşkil etdiyimiz növbəti “Axşam ziyafəti və B2B” görüşümüz “Güllü” restoranında baş tutdu. Partnyorlar arasında sıx əlaqələr yaranması məqsədi ilə təşkil etdiyimiz görüşdə axşam yeməyi masası ətrafında yeni tanışlıqlar oldu və görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verdi. GFC şirkətinin rəhbəri Zaur Məmmədov da şirkətin fəaliyyətləri haqqında məlumat verdi və partnyorlarla həmsöhbət oldu.

“GFC” Məhdud Məsuliyyətli Cəmiyyəti beynəlxalq françayzinq müqaviləsi əsasında KFC, Pizza Hut və SİMİT SARAYI restoranlar şəbəkəsinin sahibidir. Azəraycanda artıq 21 KFC, 5 Pizza Hut və 6 Simit Sarayı markasına aid satış nöqtəsi mövcuddur. Qeyd edək ki, Pizza Hut restoranında hər həftəsonu uşaq master klassları təşkil olunur. Həmin tədbirlərdə uşaqlar əfsanəvi pizzanın bişirilmə sirlərini öyrənərək vaxtlarını maraqlı şəkildə keçirirlər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Rif Ofis Mebelləri
GFC
Office Pro
Sg Logistika
Fire Universal Group
VMR Tekstil
Monyo
Silo Construction
Caspian clima
Sarvagelli
Facet
Bakı Masurra
NS Rattan
Sat Group
Smart Enerji
Flame Tour
Eurodoor
Proneo
Modern Hospital
Safi Construction
Gens Electric
Şərq-Qərb
Unilift
Nastep
VM dent
Kral R.C MMC
Slavyanka