ArchiCO Academy istər yerli, istərsədə beynəlxalq bazarın tələblərinə cavab verən kadrların hazırlanması üçün ArchiCO şirkətlər qrupu nəznində yaradılmış bir təşkilatdır. Əsas missiyamız dünya standartlarına cavab verən məhsulları istehsal edə bilən kadrların hazırlanmasıdır. ArchiCO Academy bu sahələr üzrə kadrların yetişdirilməsini təmin edir:

  1. Dağıdıcı və qeyri dağıdıcı üsullarla keyfiyyətə nəzarət edən işçilərin sertifikatlaşdırılması
  2. Qaynaq işləri üzrə qaynaqçıların sertifikatlaşdırılması
  3. Metal konstruksiya və quraşdırma işlərinin yerinə yetirilməsi üçün kadrların  sertifikatlaşdırılması
  4. Sənaye alpinizmi, hündürlükdə görülən işlərin yerinə yetirilməsi üçün kadrların sertifikatlaşdırılması
  5. Elektrik işləri üzrə kadrların sertifikatlaşdırılması
  6. İnşaat sahəsində təmir və tikinti işlərinin yerinə yetirilməsi üzrə kadrların  sertifikatlaşdırılması
  7. Mexaniki və avtomatik avadanlıqların istifadəsi, quraşdırılması, təmir və texniki xidmət edən personalın sertifikatlaşdırılması
  8. Sənayedə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə kadrların sertifikatlaşdırılması

İnşaat və sənaye sahəsində nəqliyyat və xüsusi texnika avadanlıqlarının istismarı ilə əlaqədar kadrların sertifikatlaşdırılması.

Ünvan: Bakı Sumqayıt şosesi 16-cı km

Telefon: (+994 12) 541 60 46

Mobil: (+994 55) 414 22 02

web: Archicoacademy.az

E-mail: [email protected]

Facebook: Archico inspection Services