Marsol Region partnyorlarını növbəti dəfə paytaxt sahibkarları ilə onlayn görüş çərçivəsində bir araya gətirdik.

Mayın 5-i onlayn görüşümüzdə kreativ ideyalar və inkişaf potensialı olan layihələri təşviq edən təqdimatlarla partnyorlarımız bir-birilərilə tanış oldular.

Görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin mütəxəssisi Humay Nəzərova qonağımız oldu. O, sahibkarlara fondun əsas fəaliyyət istiqamətləri, sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi haqqında ətraflı məlumat verdi.

Həmçinin Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşə qatılaraq şirkətin fəaliyyətləri haqqında təqdimat etdi.

This will close in 0 seconds