“Axşam Ziyafəti və B2B” görüş – 13.04.2023

13 aprel tarixində “Marsol Group”, “LS Laser”, “Kovrolin.az” və “Net Finance” şirkətinin birgə təşkilatçılığı ilə Kitchen Plus restoranında “Axşam Zİyafəti və B2B” görüşü baş tutdu. 100-dən çox “Marsol Group” partnyorunun iştirak etdiyi görüşdə səmimi söhbətlər oldu və biznesə dair müzakirələr aparıldı. Kovrolin.az şirkətinin rəhbəri Vahid Hüseynov, Net Finance şirkətinin rəhbəri Aqşin Əsgərov və Ls Laser şirkətinin rəhbəri Məzahir Quliyev çıxış edərək öz fəaliyyətləri haqqında partnyorları məlumatlandırdılar. Daha sonra Kovrolin.az və LS Laser şirkətinin fəaliyyətləri və məhsulları haqqında video çarx izlənildi.

“LS Laser” şirkətinin əsas fəaliyyəti lazer epilyasiya avadanlıqlarının, həmçinin ehtiyyat hissələrinin satışı, avadanlıqların icarəyə verilməsi və servis xidmətinin təşkil edilməsidir.

“Net Finance” şirkəti beynəlxalq və milli mühasibat uçotu standartlarını tətbiq etməklə yanaşı qüvvədə olan maliyyə qanunvericiliyinin tələblərini rəhbər tutaraq öz müştərilərinə dəqiq və fasiləsiz xidmət göstərməyi öz missiyası olaraq davam etdirməkdədir.

Kovrolin.az” 2005-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələri sahəsində müştərilərin zövqünə uyğun, yüksək keyfiyyətli kovrolinlərin satışı üzrə fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.