BAKI KOB Evi “İftar” – 15.04.2023

15 aprel tarixində “Bakı KOB Evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkil etdiyi iftar yeməyinə 100-ə yaxın Azərbaycan və Türkiyə iş adamı, biznes assosiasiyaların nümayəndələri, KOBİA yanında İctimai Şuranın üzvləri və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qatılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, birgə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Tədbir çərçivəsində iş adamları arasında sahibkarlıq fəaliyyətinə dair fikir mübadiləsi də aparılıb.

Tədbirdə Marsol Group olaraq partnyorlarımızla birlikdə iştirak etdik. Partnyorlarımız da öz sahibkarlıq təcrübələrini bölüşərək görüşdə biznesə dair mövzularda həmsöhbət oldular.

This will close in 0 seconds