Day

Sentyabr 20, 2022
Bu gün partnyorlarla birgə “Ofis Ziyarətimiz” “Həkim Baba” sağlamlıq mərkəzində baş tutdu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra klinikanın rəhbəri Etibar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. “Həkim Baba”-nın xalq təbabətini müasir avadanlıqlarla, tam gigiyenik, birdəfəlik alətlərlə, kliniki şəraitdə xalqımıza təqdim edən ilk mərkəzlərdən biri olduğunu qeyd etdi. Həmçinin mərkəzdə hicama, zəli, bitkilərlə müalicə, massaj,...
Ətraflı
Özbəkistan səfərində iştirak edəcək partnyorlarımızla “Business Breakfast” görüşündə bir araya gəldik. Partnyorlarımız və qonaqlarımız səmimi mühitdə bir-birlərinin fəaliyyətləri ilə yaxından tanış oldular. Görüşdə həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin nümayəndəsi Elnur...
Ətraflı