Ofis ziyarəti “Həkim Baba” – 20.09.2022

Bu gün partnyorlarla birgə “Ofis Ziyarətimiz” “Həkim Baba” sağlamlıq mərkəzində baş tutdu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra klinikanın rəhbəri Etibar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. “Həkim Baba”-nın xalq təbabətini müasir avadanlıqlarla, tam gigiyenik, birdəfəlik alətlərlə, kliniki şəraitdə xalqımıza təqdim edən ilk mərkəzlərdən biri olduğunu qeyd etdi. Həmçinin mərkəzdə hicama, zəli, bitkilərlə müalicə, massaj, manual terapiya, fizioterapiya həkim və mütəxəssislərin nəzarətində tam sterilizə şəraitində həyata keçirilir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

MyKart

MVC Group

Logitrans

Logi Group

Can.az

Marry Me