Ofis ziyarəti “Katsan Group” – 20.09.2022

20 sentyabr partnyorlarla birgə “Ofis Ziyarəti”miz “Katsan Group” şirkətində baş tutdu.

Partnyorlarımız arasında tanışlıq olduqdan sonra şirkətin rəhbəri Kamran bəy, öz fəaliyyətləri haqqında partnyorlarımıza ətraflı məlumat verdi.

2004-cü ildə təsis edilmiş “Katsan Group” MMC mebel, inşaat, sənaye və digər sahələrdə tələb olunan istənilən növ boyaların satışını həyata keçirir. Əməkdaşlıq etdiyi ölkələrin siyahısına Türkiyə, BƏƏ, Çin, İran, Rusiya, İtaliya kimi istehsalçı ölkələr daxildir. “Katsan Group” şirkəti Bakı şəhərində, eləcə də, Azərbaycanın bütün bölgələrində distribütoru olduğu şirkətlərin brend məhsullarının satışını təşkil edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zarif İnterior
İcon Pərdə
İnes Precast
Qayo
Natura İnşaat
Unilift
AK Piping
Abşeron Logistika
Prime Audit
İ Tech
Karvan – L