Ofis ziyarəti “VİTAM” – 20.09.2022

Partnyor şirkətlərimizlə daha yaxında tanış olmaq məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “VİTAM” reklam şirkətində baş tutdu. Əvvəlcə görüşdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra şirkətin rəhbəri Tehran bəy fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verdi.

VİTAM Reklam Şirkəti 2004-cü ildən fəaliyyət göstərir və müştərilərə reklam xidmətləri təklif edir ki, buraya vitrin stendləri, sərgi stendləri, çöl reklamları, geniş formatlı çaplar, yönləndirmələr, dizayn və layihələndirmə xidmətləri daxildir. Hətta VİTAM şirkətinin Amerikada da filialı mövcuddur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Hafele
Office Pro
Mobil Group
Avtodetal
Rəmzioğlu
Proav
Sociallab
Good Finance
MSDİS Holding