“İşgüzar Axşam Ziyafəti və B2B” çərçivəsində 11 oktyabr tarixində 2022-2023 Marsol Group sponsorları və partnyorlar arasında növbəti görüş baş tutub. Görüş çərçivəsində sahibkarlar səmimi mühitdə öz biznes təcrübələrini bölüşüb, gələcək fəaliyyətləri haqqında məlumat veriblər. Həmçinin Marsol Group-un gələcək fəaliyyətləri, biznes turlar, “Marsol Mini Futbol Turniri 2023” və 7-9 dekabr tarixində keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verilib.
Görüşdə dövlət qurumlarından “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov və “KOBİA” yanında İctimai Şuranın sədri Fərhad Qaraşov da iştirak edərək sahibkarlarla həmsöhbət olub. Daha sonra dövlət qurumu nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıb.
İştirak edən hər kəsə təşəkkür edirik, fəaliyyətlərində uğurlar arzulayırıq!